Stomatologiyanın ən mühüm bölmələrindən biri sayılan ortodontiya həsr olunmuş saytımıza diqqət yetirdiyiniz uçun çox şadıq. Sirr deyildir ki, gözəl və nizamlı dişlər, eləcə də «hollivud təbəssümü» sağlamlığın, gözəlliyin və müvəffəqiyətin rəmzidir. Ortodontiya dişlərin və dişləmin düzəldilməsi problemləri ilə məşqul olur və hazırda geniş və dinamik inkişafdadır. Ortodont – dişlərin və dişləmin düzəldilməsi işlərində ixtisaslaşan həkim-stomatoloqdur. Azərbaycanda ortodont həkimlərin sayı o qədər də çox deyildir. Respublikada demək olar ki, qırxa qədər həkim-ortodont vardır. 2005-ci ilin iyul ayında Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyəti (APOC) yaranmışdır.    
   2005-ci ilin dekabr ayının 18-də Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyəti Dünya Ortodontlarının Federasiyasnaı (DOF) qəbul edilmişdir.

 

 



Designed by ITServ