Hörmətli
kolleqalarimiz-ortodontlar!
Sizi APOC-in yeni acılmış səhifəsində görməyimizə çox şadiq.
Biz inanırıq ki, burada siz özünüza maraqlı olan bir çox informasiyaları
əldə edə bilərsiniz. Bu saytin əsas vəzifəsi ölkəmizdə və ölkəmizdən
kənarda ortodontiyada baş verən yeniliklərlə sizi taniş etmək və öz maraq
dairənizi genişləndirməyə kömaək etmək dən ibaratdir. Siz burada yenilikləri
öyrənməklə bərabər, sizi maraqlandıran iş fəaliyyətinizdə çətinlik doğuran
bir çox məsələləri muzakirə edə bilərsiniz.
Bu gün tibb elminin inkişafını
yeni informasiya texnologiyaları olmadan təsəvvür etmək çox çətindir.
Üz-çənə anomaliyalarının son illər daha da artması ortodontiya elminin
inkişafina olan təlabatı durmadan artırır. Bizim məqsədimiz həkimlərimizin
elmi-praktiki bazasını genişləndirmək və onların arasında daima təcrübə
mübadilələrini genişləndirməkdən ibarətdir.
Biz inanırıq ki, saytın qonaqları
onun səhifələrində özləri üçün maraq doguran bir çox məsələləri tapıb
müzakirə edə biləcəklər. Burada APOC-un yaranma tarixi və onun bu günə
qədər keçirdiyi müxtəlif elmi seminarlar və praktiki konfranslar barədə
məlumatlar daima sizin nəzərinizə çatdırılacaq.
Hörmətli həmkarlarımız!
Sizin arzu və təklifləriniz bizim proyektin əsas oriyentiri olaraq qalacaq
və bu yolda həmişə sizə yardımçı olmaga hazırıq.
|